COP29 Sədri COP30-da iqlim maliyyələşməsində 1,3 trilyon dollarlıq hədəfə çağırış etdi

COP29 Sədri COP30-da iqlim maliyyələşməsində 1,3 trilyon dollarlıq hədəfə çağırış etdi
16.11.2025 09:18 COP

Braziliyanın Belemdə keçirilən COP30 çərçivəsində COP29 və COP30 sədrliyinin təşkilatçılığı və dəstəyi ilə “Bakıdan Belemə Yol Xəritəsi” mövzusunda yüksək səviyyəli sessiya təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev iqlim maliyyəsinin gələcək hədəfləri və qlobal əməkdaşlığın gücləndirilməsi barədə vacib mesajlar verib.

“Bakıdan Belemə Yol Xəritəsi” göstərir ki, 2035-ci ilə qədər illik 1,3 trilyon dollarlıq iqlim maliyyələşməsi hədəfi tamamilə mümkündür. Amma bunun üçün böyük siyasi iradə, davamlı diqqət və bütün maraqlı tərəflərin güclü koordinasiyası şərtdir”, – deyə M.Babayev bildirib.

COP29 Sədri vurğulayıb ki, proses həmin dövlətlərin yeni iqlim planlarını hazırladığı dövrə təsadüf edir və onların ən yüksək ambisiyalarla işləməsi üçün ciddi sərmayələrə ehtiyac var:

“İndiyədək iqlim maliyyələşməsi inkişaf etməkdə olan ölkələrə tələb olunan sürətlə və miqyasda çatmayıb. Əgər ölkələr iqlim dəyişikliyinin təsirlərini azaltmaq və uyğunlaşmaq istəyirlərsə, onların kapitala çıxışları təmin edilməlidir”.

Muxtar Babayev xüsusilə 300 milyard dollarlıq dövlət maliyyələşməsi öhdəliyinin əhəmiyyətini vurğulayıb:

“Bu, Bakı Maliyyə Hədəfinin əsas sütunudur. Dotasiya və güzəştli maliyyə yardımı ən az məsuliyyət daşıyan, lakin ən ağır təsirlərlə üzləşən ölkələr üçün həyati əhəmiyyət daşıyır”.

Tədbirdə “Bakıdan Belemə Yol xəritəsi”nin həm hökumətlərarası, həm də hökumətə aid olmayan aktorların təqdim etdiyi 227 yazılı təklif əsasında formalaşdırıldığı vurğulanıb. M.Babayev əlavə edib ki, COP29 Sədri kimi Azərbaycanın öhdəliyi davam edir:

“Verilən sözlərə görə donorları məsuliyyətə cəlb edəcəyik. Hər bir ölkə iqlim maliyyələşməsinə töhfə planını açıqlamalıdır”.

COP29-un Baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29-un əsas nailiyyətləri və Azərbaycan diplomatiyasının iqlimdə rolu haqqında danışıb.

Y.Rəfiyev “Bakıdan Belemə” anlayışının yalnız texniki keçid deyil, həm də məqsədlərin davamlılığı və ümumi məsuliyyətin təcəssümü olduğunu qeyd edib.

Azərbaycan COP29-un Sədrliyi ilə iqlim diplomatiyasında mühüm dönüş yaradıb və elmi biliklərə əsaslanan, inklüziv və nəticəyə yönəlmiş əməkdaşlıq modelini təşviq edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil iqlim maliyyələşməsinin qlobal iqlim fəaliyyətində əsas rol oynadığını bildirib:

“İqlim maliyyələşməsi uğurlu iqlim tədbirlərinin təməlidir. O planları irəliyə doğru konkret addımlara çevirir, ambisiyaları gerçəkləşdirir. “Bakıdan–Belemə Yol Xəritəsi” güclü bir etimad siqnalıdır – 2035-ci ilədək illik 1,3 trilyon dollar həcmində iqlim maliyyələşməsi həm real, həm də zəruridir. Bu, yüksək ambisiya ilə real fəaliyyət arasında körpü rolunu oynayır”.

Tədbir çərçivəsində Uqanda, Çad, Qvineya-Bisau və İraqla bağlı “Bakı İqlim və Sülh fəaliyyət Mərkəzi” çərçivəsində icra ediləcək pilot layihələr də elan olunub. Layihələr çətin iqlim şəraitində yaşayan icmalara dair maliyyələşdiriləbilən həll yollarını əhatə edir.

Muxtar Babayev nitqini belə yekunlaşdırıb:

“COP30 ilə biz Paris Sazişinin ilk tam icra dövrünə qədəm qoyuruq. Bu onillik iqlim maliyyələşməsi sahəsində Yol Xəritəsinin rəhbərliyi altında irəliləməlidir”.

“Mən cəmi beş gün əvvəl seçilmişəm və COP Sədri olaraq qarşıdakı 360 gün ərzində bu 1,3 trilyon dollarlıq məqsədin reallığa daha da yaxınlaşması üçün lazım olan hər şeyi etməyə davam edəcəyəm”, - deyə COP30-un Sədri, braziliyalı səfir Andre Korrea do Lago bildirib.

NEWS FEED
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 All News