“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu

“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu
01.06.2026 21:44 Cəmiyyət

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Milli Azərbaycan Tarixi Muzeyində uşaqlıq dünyasına fərqli və nostalji baxış təqdim edən “Tarixin uşaq izləri” adlı sərginin açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Fotoqrafları Birliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Saat 15:00-da baş tutan açılış mərasimində mədəniyyət və incəsənət xadimləri, fotoqraflar, sənətsevərlər və çoxsaylı qonaqlar iştirak ediblər. Ekspozisiyada müxtəlif dövrlərin uşaqlıq xatirələrini, uşaq dünyasının saf enerjisini vizual yaddaşa köçürən rəngarəng fotolar nümayiş olunub.

Sərgi ziyarətçiləri sadəcə tarixi bir səyahətə çıxarmır, həm də zaman dəyişsə də uşaqlığın öz sadəliyini, marağını və təmiz sevincini necə qoruyub saxladığını fotoqrafiyanın və tarixi eksponatların dili ilə xatırladır. Nümayiş olunan fotoşəkillərdə insan faktorunun, xüsusilə uşaq simalarındakı emosiyaların dondurulmuş anları böyük maraqla qarşılanıb.

Azərbaycan Fotoqrafları Birliyi olaraq, uşaqlıq dünyasının və tarixin vizual yaddaşının qorunmasına xidmət edən bu mühüm layihədə tərəfdaş olmaqdan qürur duyuruq. Sərginin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edir, layihənin bədii yükünü və estetik tərəfini əks etdirən fotoşəkilləri oxucularımıza təqdim edirik.

TodayPress TV

PHOTOS

“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu — 1
“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu — 2
“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu — 3
“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu — 4
“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu — 5
“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu — 6
“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu — 7
“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu — 8
NEWS FEED
02 JUNE 2026
Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 All News