Güclü yağışlardan sonra Xəzər istiləşərsə, həddindən artıq buxarlanma baş verəcək və Azərbaycanda dağıdıcı... - Alimlərdən proqnoz

Güclü yağışlardan sonra Xəzər istiləşərsə, həddindən artıq buxarlanma baş verəcək və Azərbaycanda dağıdıcı... - Alimlərdən proqnoz
19.05.2026 16:30 Cəmiyyət

Son aylarda yağan güclü yağışlar ciddi fəsadlara səbəb olub. Alimlərin fikrincə, Xəzər dənizi istiləşərsə, həddindən artıq buxarlanma baş verəcək və nəticədə Azərbaycanda dağıdıcı yağışların artması müşahidə oluna bilər.

Bu ssenarinin nə dərəcədə real ola biləcəyi müzakirə mövzusudur.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Sevil Yüzbaşova bildirib ki, Xəzər dənizinin istiləşməsi və səviyyəsinin aşağı düşməsi qlobal iqlim dəyişikliyinin ən bariz nəticələrindən biridir.


Onun sözlərinə görə, iqlim dəyişikliyi dənizə həm birbaşa (temperatur), həm də dolayı (çay axınları və yağıntı) yollarla təsir edir:

"Son illərdə Xəzər dənizi üzərində havanın və suyun temperaturu kəskin şəkildə artıb. Suyun istiləşməsi dəniz səthindən buxarlanmanı sürətləndirir, bu da su itkisini artırır. Qapalı hövzə olduğu üçün Xəzər xarici təsirlərə daha həssasdır və okeanlardan daha sürətlə qızır. Regionda yağıntıların azalması dənizin su balansını bərpa etməyə imkan vermir. Məlumatlara görə, 2005-ci ildən bəri dəniz səviyyəsində davamlı enmə müşahidə olunur; yalnız 2021-2024-cü illər ərzində səviyyə təxminən 96 sm aşağı düşüb".

Ekspert əlavə edib ki, Xəzər dənizinin səviyyəsinin enməsi və isinməsi birbaşa qlobal iqlim dəyişikliyi ilə bağlıdır. Temperaturun artması dənizin səth sularından buxarlanmanı sürətləndirir, qidalandırıcı çaylardakı (xüsusilə Volqa) su ehtiyatlarını azaldır və yağıntı rejimini pozur:

"Bu proses qapalı su hövzəsi olan Xəzərdə su balansını mənfi istiqamətdə dəyişir. Temperaturun yüksəlməsi buxarlanmanın artmasına səbəb olur. Qlobal istiləşmə nəticəsində orta illik temperaturun artması dəniz səthindən buxarlanan suyun həcmini əhəmiyyətli dərəcədə yüksəldir. Xəzərə tökülən qidalandırıcı çayların suyunun azalması, həmçinin onların quruması dənizə daxil olan suyun həcmini azaldır. Təxminən Xəzərə daxil olan suyun 80%-i Volqa çayının payına düşür. Çay hövzələrində yağıntıların azalması və qarın ərimə dövrünün dəyişməsi nəticəsində dənizə gələn suyun miqdarı kəskin şəkildə azalır".

O vurğulayıb ki, atmosfer yağıntı rejiminin pozulması da dəniz səthinə düşən yağıntıların miqdarını azaldır. Onun fikrincə, regionda baş verən iqlim dəyişikliyi Xəzər dənizi kimi qapalı su hövzəsinin təbii su balansını təmin etməyə imkan vermir:

"İqlim dəyişiklikləri və yüksək temperatur nəticəsində son illərdə Xəzər dənizinin səviyyəsində ciddi azalma müşahidə olunur. Bu da su ehtiyatlarının balansını pozur. Dənizə daxil olan sularla dənizdən buxarlanan sular arasındakı fərq mənfi istiqamətdə dəyişir. Bu proses sahil xəttinin də dəyişməsinə səbəb olur. Su səviyyəsinin düşməsi nəticəsində bəzi sahil zonalarında dayazlıqlar yaranır, dəniz yüzlərlə metr geri çəkilir və yeni quru sahələr əmələ gəlir. Yüksək temperatur dəniz səthinin isinməsinə səbəb olur ki, bu da buxarlanmanı daha da sürətləndirir. Lakin bu rütubət atmosferdə toplanaraq Xəzərin qərb sahillərində, xüsusilə Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qısamüddətli, lakin çox güclü və dağıdıcı leysan yağışlarına, sel və daşqınlara səbəb olur".

Azərbaycan alimləri, eləcə də ETSN və müvafiq qurumlarının Xəzər dənizində baş verən səviyyə dəyişikliklərini mütəmadi olaraq izlədiklərini deyən Sevil Yüzbaşova bildirib ki, prosesin qlobal iqlim dəyişikliyi fonunda baş verdiyi vurğulansa da, bu dəyişikliklərin tarixən də təkrarlanan, periodik və geoloji xarakter daşıdığı da qeyd olunur.

Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda hidrometeoroloji müşahidələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan stansiya və məntəqələrdə aparılır:

"Xəzər dənizinin hidrometeoroloji şəraitinin öyrənilməsi məqsədilə müşahidə şəbəkəsində suyun səviyyəsi, temperaturu, duzluluğu, rəngi, şəffaflığı, dalğanın hündürlüyü və yağıntının miqdarı kimi göstəricilər mütəmadi olaraq ölçülür və təhlil edilir. Mənim fikrimcə, baş verən bütün prosesləri yalnız iqlimlə izah etmək düzgün deyil, burada antropogen amillərin də böyük rolu var. Xəzər dənizinin istiləşməsi və quruması təkcə təbii hadisə deyil, həm də region üçün ciddi sosial, iqtisadi və ekoloji risklər yaradır".

O, diqqətə çatdırıb ki, Xəzər dənizində fauna və flora növlərinin yox olması riski artır. Dəniz suyu istiləşdikcə oksigen azalır ki, bu da nərə balıqları və endemik Xəzər suitilərinin kütləvi tələfatına səbəb ola bilər:

"Dəfələrlə sahil ərazilərində ölü suitilərə rast gəlinir. Şimal sahillərində kütləvi balıq ölümləri də müşahidə olunub. Bundan əlavə, sahillərdə bataqlıqlaşma yaranır. Sahil xətti geri çəkildikdə dayaz ərazilər bataqlığa çevrilir, bu isə zərərli yosunların artmasına və suyun çirklənməsinə gətirib çıxarır. Bu proseslər iqtisadi və infrastruktur risklərini də artırır: limanların fəaliyyəti çətinləşir, Bakı və digər limanlarda iri gəmilərin yaxınlaşması mümkünsüz olur. Dəniz kənarındakı elektrik stansiyalarının soyutma sistemləri sıradan çıxa bilər. Suyun çəkilməsi dəniz platformalarının işini çətinləşdirir və boru kəmərlərinin təhlükəsizliyini risk altına alır. Sahil və delta zonalarının quruması milyonlarla köçəri quşun yaşayış və dayanacaq yerlərini məhv edir. İnsan sağlamlığı üçün də risklər artır: quruyan ərazilərdə toz fırtınaları baş verə bilər, duzlu tozlar isə torpağın məhsuldarlığını azaldır və şorlaşmanı artırır. Dənizin iqlim tənzimləyici rolu zəiflədikcə yaylar daha isti, qışlar isə daha sərt keçir".

Məlumatlara görə, iqlim dəyişikliyi ilə bağlı beynəlxalq proqnozlar Azərbaycanda intensiv və dağıdıcı yağışların sayının artacağını göstərir. Rəsmi məlumatlara əsasən, son 10-15 ildə ölkədə intensiv yağıntı hadisələrinin sayı təxminən 6 dəfə artıb.

"Bu, qlobal iqlim dəyişikliyinin ölkəmizə birbaşa təsirlərindən biridir. Son illərdə aylıq və illik yağıntı normasının böyük hissəsinin bir neçə saat ərzində düşməsi halları çoxalıb. İntensiv yağışların artması ilə daşqınların sayı da təxminən 18 dəfə artıb. Dağlıq və dağətəyi bölgələr - Qəbələ, Oğuz, Şəki, Quba-Qusar kimi ərazilər qısamüddətli, lakin dağıdıcı sellərlə daha çox üzləşir. Qarabağ bölgəsində də qar və dolu yağışları müşahidə olunur.

Hava istiləşdikcə atmosfer daha çox rütubət saxlayır. Bu rütubət enerji yığaraq yağışların daha güclü və leysan xarakterli olmasına səbəb olur. Şəhər infrastrukturu isə qısa müddətdə düşən bu qədər yağıntını qəbul edə bilmədiyi üçün subasma riski artır.

Qlobal istiləşmə nəticəsində dəniz suyu istiləşir, bu da buxarlanmanı artırır və sahil zonalarında güclü yağış buludlarının yaranmasına şərait yaradır. Dağlıq ərazilərdə bu cür yağışlar torpaq sürüşmələrini aktivləşdirir. Güclü yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vuraraq məhsulu qısa müddətdə məhv edə bilər. Körpülər, yollar və yaşayış evləri sel sularından zərər görə bilər. Ümumilikdə yağıntı miqdarı azalsa da, onun xarakteri dəyişir, daha nadir, lakin daha intensiv və dağıdıcı olur", - deyə mütəxəssis fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 All News