Dövlət Komitəsində “AMİN könüllüləri” ilə görüş keçirildi

Dövlət Komitəsində “AMİN könüllüləri” ilə görüş keçirildi
10.06.2025 14:00 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (Dövlət Komitəsi) “AMİN könüllüləri” ilə görüş keçirilib. 

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.  Bildirilib ki, görüşdə Dövlət Komitəsi sədrinin müşaviri Amil Cavadov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Rəhimov, Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov, Dini məsələlər üzrə şöbənin müdir müavini Samir Yoldaşov, Regionlarla iş şöbəsinin əməkdaşı Ramil Baxşəliyev könüllülərə Komitənin fəaliyyət istiqamətlərinə uyğun məlumat veriblər. 

Könüllülərin fəaliyyətinin əhəmiyyəti vurğulanıb, onların cəmiyyətin inkişafında fəal iştirak etməsinin vacibliyi qeyd edilib.

Könüllülərlə ölkədə dövlət-din münasibətləri, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr, dini ədəbiyyatların ekspertizasının əhəmiyyəti, dini maarifləndirmə fəaliyyəti haqqında geniş fikir mübadiləsi aparılıb. 

Müzakirələrlə davam edən görüşdə təəssüratlarını bölüşən gənclər nəzəri biliklərin təkmilləşdirilməsində, eləcə də təcrübi bacarıqların əldə olunmasında Dövlət Komitəsində yaradılan şəraitə və dəstəyə görə təşəkkürlərini bildiriblər. 

Sonda Dövlət Komitəsinin könüllülərlə iş üzrə məsul əməkdaşı Nərminə Məmmədova “AMİN könüllüləri”ni yay ayları ərzində keçirilməsi nəzərdə tutulan praktiki layihələr barədə məlumatlandırıb.

XƏBƏR LENTİ
01 IYUN 2026
Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Bütün Xəbərlər