BDYPİ sürücülərə müraciət etdi

BDYPİ sürücülərə müraciət etdi
16.05.2025 11:05 Cəmiyyət

Yollarda sürət həddinin aşılması nəinki bir qanun pozuntusu, eyni zamanda insan həyatına yönəlmiş təhlükədir.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Hər il ölkəmizdə qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır. Bu cür məsuliyyətsiz davranış nəticəsində neçə-neçə valideyn övladını, ailələr sevdiklərini itirirlər. 

Bir saniyəlik ehtiyatsızlıq bir ömrün sonu ola bilər. Sürəti artırmaq nəqliyyat vasitəsinə nəzarəti itirmək, qarşı tərəfdəki günahsız insanların həyatını təhlükəyə atmaq deməkdir.

Yol nişanlarında göstərilən sürət həddi sadəcə rəqəm deyil - insan həyatının sərhədidir! 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir: 

-Qanunla müəyyən olunmuş sürət həddinə əməl edin. 

-Yol və hava şəraitinə uyğun hərəkət edin. 

Unutmayın ki, bir anlıq məsuliyyətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər !

XƏBƏR LENTİ
02 IYUN 2026
Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 Bütün Xəbərlər