Türkiyənin Cümhuriyyət Bayramı Avstraliyada qeyd olundu
Xarici siyasət
29.10.2025 15:56
29 oktyabr tarixində Türkiyə Cümhuriyyətinin elan olunmasının 102-ci ildönümü münasibətilə Türkiyənin Avstraliyadakı Kanberra Səfirliyi tərəfindən rəsmi mərasim təşkil olunub.
TodayPress TV xəbər verir ki, tədbirdə Avstraliyanın paytaxtında fəaliyyət göstərən diplomatik korpusun üzvləri, səfirlər, dövlət nümayəndələri və ictimai xadimlər iştirak ediblər.
Eyni günün axşamında Sidney şəhərində Türkiyənin Baş Konsulluğu tərəfindən də analoji rəsmi qəbul keçirilib. Tədbirə Türkiyənin Baş Konsulu, Belgin Ergüneş ev sahibliyi edib. Qəbulda çoxsaylı diplomatlar, dövlət rəsmiləri və türk icmasının təşkilat rəhbərləri ilə yanaşı, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) nümayəndələri Mikayıl Oyta və Sara Azarsun da iştirak ediblər.
GADTB təmsilçiləri hər iki mərasimdə Türkiyənin dövlət bayramının qeyd olunmasına qatılaraq, qardaş ölkə ilə həmrəylik və dostluq münasibətlərini bir daha ifadə ediblər.
tag: Türkiyə,Cümhuriyyət Bayramı,Avstraliya,Qeyd,Todaypress.tv,
