TÜRK PA-nın yeni Baş katibi səlahiyyətlərinin icrasına başladı
Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRK PA) Baş katibi kimi səlahiyyətlərinin icrasına başlayıb.
TodayPress TV xəbər verir ki, bununla bağlı TÜRK PA-nın Baş Ofisində iclas keçirilib.
İclas çərçivəsində Baş katib səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Erden yeni seçilmiş Baş katib Ramil Həsənə təhvil verilib.
Rəsmi mərasimdə TÜRK PA-nın bayrağının təhvil verilməsi prosesi həyata keçirilib.