Samir Şərifov İnkişafın Maliyyələşdirilməsi üzrə IV Qlobal Konfransda iştirak edir

Samir Şərifov İnkişafın Maliyyələşdirilməsi üzrə IV Qlobal Konfransda iştirak edir
03.07.2025 10:20 Xarici siyasət

İspaniyanın Sevilya şəhərində İnkişafın Maliyyələşdirilməsi üzrə IV Qlobal Konfrans keçirilir.

Bu barədə Xarici İşlər Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Samir Şərifov təmsil edir.

Konfrans çərçivəsində 1 və 2 iyul tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən beynəlxalq inkişafa yardım və iqlim maliyyəsi mövzularında yüksək səviyyəli müzakirələr təşkil olunub.

1 iyul tarixində XİN-in Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təşəbbüsü, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) birgə təşkilatçılığı, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) tərəfdaşlığı ilə “Yeni İnkişaf Tərəfdaşları: Dayanıqlı İnkişaf Məqsədlərinə Nail Olmaq üçün Cənub-Cənub Əməkdaşlığının Gücləndirilməsi” adlı tədbir keçirilib.

Tədbirdə Yeni İnkişaf Tərəfdaşlarının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması, eləcə də qlobal çağırışlara daha effektiv cavab verilməsi baxımından yeni və inklüziv əməkdaşlıq modellərinin əhəmiyyəti kimi mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirdə DİM-lərə nail olunması istiqamətində Azərbaycan kimi yeni inkişaf tərəfdaşlarının beynəlxalq səviyyədə apardığı işin əhəmiyyətindən və həmin fəaliyyətlərin daha sıx əlaqələndirmə və əməkdaşlıq vasitəsilə səmərəliliyinin artırılması imkanlarından bəhs olunub.

Qlobal şimal və qlobal cənub arasında inkişafa yardım sahəsində təcrübə və bilik mübadiləsi prosesində COP29 zamanı ölkəmizin təşəbbüsü ilə yaradılmış beynəlxalq səviyyəli Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (“Baku Hub”) mümkün roluna diqqət yönəlib.

2 iyul tarixində isə “COP29-un maliyyə nəticələrinin tətbiqi: dayanıqlı inkişaf üçün iqlim fəaliyyəti” adlı xüsusi tədbir təşkil olunub.

Tədbirin açılış hissəsində çıxış edən COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev iqlim maliyyəsinin, və bu xüsusda COP29-da qəbul edilmiş tarixi qərarların əhəmiyyətinə vurğu edib. O, COP29 sədrliyinin qlobal iqlim fəaliyyətinə uğurla töhfə verməyə davam edəcəyini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov iqlim maliyyəsi təminatının iqlimə həsas və münaqişələrdən əziyyət çəkən ölkələr üçün vacib rol oynadığına diqqət çəkərək, həmin ölkələrə beynəlxalq yardım və iqlim maliyyəsinin artırılması istiqamətində fəaliyyət aparan “Baku Hub” barədə məlumat verib.

Qlobal Konfrans, hər 10 ildən bir 164 dövlətin və 49 beynəlxalq təşkilatın iştirakı ilə təşkil olunur.

FOTOLAR

Samir Şərifov İnkişafın Maliyyələşdirilməsi üzrə IV Qlobal Konfransda iştirak edir — 1
Samir Şərifov İnkişafın Maliyyələşdirilməsi üzrə IV Qlobal Konfransda iştirak edir — 2
Samir Şərifov İnkişafın Maliyyələşdirilməsi üzrə IV Qlobal Konfransda iştirak edir — 3
XƏBƏR LENTİ
05 IYUN 2026
Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 Bütün Xəbərlər