Sahibə Qafarova: "Türkiyənin yanımızda olmasını xalqımız unutmayacaq"
Xarici siyasət
29.10.2025 20:50
"Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər".
TodayPress TV xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışında deyib.
"Türk dövlətləri təşkilatında ölkələrimizin birgə fəaliyyəti Türk birliyinin güclənməsinə dəyərli töhfəmizdir. 44 günlük müharibədə Türkiyənin bizim yanımızda olmasını xalqımız heç bir zaman unutmayacaq", - Sahibə Qafarova bildirib.
Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan başda olmaqla bütün Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan torpaqlarının işğalına son qoyulmasında önəmli rol oynadığını qeyd edən spiker bu gün Türkiyənin Qarabağda həyata keçirilən bərpa quruculuq işlərində də, bütün digər məsələlərdə Azərbaycanın yanında olduğunu bildirib.
"Əminliklə söyləmək olar ki, Azərbaycanla Türkiyənin birliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcəkdir", - Milli Məclisin spikeri vurğulayıb.
tag: Sahibə Qafarova, Türkiyə, Azərbaycan, Milli Məclis, Cumhuriyyət, todaypress.tv,
 
        
 
                                ![[[Ceyhun Bayramov]] kanadalı həmkarı ilə telefon danışığı apardı](/uploads/news/6853a61101d34.webp) 
                                            ![Səfirlik nümayəndələri [[Astara sərhəd-keçid məntəqəsində]]](/uploads/news/68567b8c68342.webp) 
                                            ![Şahbaz Şərif [[Zəfər paradında iştirak üçün]] Azərbaycana səfər edəcək](/uploads/news/690215e3ca4e3.webp) 
                                            ![Milli Məclisin sədri [[AİPA-nın 46-cı Baş Assambleyasında]] çıxış etdi](/uploads/news/68cc0170f1f3a.webp) 
                                            ![Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak etdi [[- YENİLƏNDİ]]](/uploads/news/68272842e7681.webp) 
                                            ![[[Azərbaycan Prezidenti]] Danimarkaya işgüzar səfərə gəldi](/uploads/news/68dd40cd7dc7d.webp) 
                                            ![[[Cevdet Yılmaz]] Azərbaycanı təbrik etdi](/uploads/news/6834c075df485.webp) 
                                             
                                            ![[[Prezident:]] İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır](/uploads/news/68dbf98099d08.webp) 
                                            ![[[Prezident İlham Əliyev]] və BƏƏ lideri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular](/uploads/news/68c94fc8cf33c.webp) 
                                            