Rumıniya XİN: Buxarest Azərbaycanla birgə layihələrin reallaşdırılmasını sürətləndirmək niyyətindədir

Rumıniya XİN: Buxarest Azərbaycanla birgə layihələrin reallaşdırılmasını sürətləndirmək niyyətindədir
18.10.2025 15:14 Xarici siyasət

Rumıniya Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyir və qarşılıqlı maraq doğuran bütün sahələrdə birgə layihələrin reallaşdırılmasını sürətləndirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik! Rumıniya Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyir və qarşılıqlı maraq doğuran bütün sahələrdə birgə layihələrin reallaşdırılmasını sürətləndirməyi planlaşdırır. Rumıniya və Azərbaycan Avropa və Cənubi Qafqazı bir-birinə yaxınlaşdırmağı hədəfləyən vacib əlaqə təşəbbüslərində əsas tərəfdaşlardır", - paylaşımda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər