Prezident İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verdi
02.01.2026 10:05 Xarici siyasət

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə məktub ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər