Beynəlxalq konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər
Xarici siyasət
29.05.2025 12:03
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə bu gün Bakıda beynəlxalq konfrans keçirilir.
TodayPress TV xəbər verir ki, konfrans iştirakçıları tədbirin açılışından öncə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq məzarı üzərinə gül dəstələri düzülüb.
tag: Ulu Öndər,Heydər Əliyev,Konfrans,Tədbir,Todaypress.az,




