Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçirilir
Xarici siyasət
31.10.2025 09:35
Bu gün Bakıda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçirilir.
TodayPress TV xəbər verir ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri, Konqo Demokratik Respublikası, Ruanda və Burundidən nümayəndələr, diplomatlar və rəsmi şəxslər iştirak edir. Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlər qatılır.
Konfransda Belçikanın Afrika qitəsində, xüsusən Konqo, Ruanda və Burundidə yerli xalqlara qarşı həyata keçirdiyi müstəmləkə siyasəti, etnik ayrı-seçkilik, kütləvi qətllər və mədəni irsin talan edilməsi müzakirə olunacaq. Həmçinin Belçikanın keçmiş müstəmləkə ərazilərində neokolonial siyasətini davam etdirməsi, həmin ölkələrin təbii sərvətlərinin bu gün də istismar edilməsi və zərər çəkmiş xalqlara kompensasiya ödənilməsi məsələlərinin beynəlxalq gündəliyə çıxarılması ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, konfransdan bir gün əvvəl xarici qonaqlar Bakı Dövlət Universitetində müəllim və tələbələrlə görüşərək “Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları” mövzusunda mühazirələr oxuyublar və fikir mübadiləsi aparıblar.
tag: BTQ,Bakı,Belçika,Konfrans,Todaypress.tv,
 
        
 
                                ![[[Azərbaycan XİN]] Avstriyaya başsağlığı verdi](/uploads/news/68481eebabcec.webp) 
                                            ![[[Ceyhun Bayramov]] Özbəkistan xarici işlər nazirinin müavini ilə görüşdü](/uploads/news/68628b222ca9a.webp) 
                                            ![[[Baş nazir Əli Əsədov]] Türkmənistana səfər etdi](/uploads/news/68910a5a45baf.webp) 
                                            ![Türkiyə Səfirliyi [[Dövlət Suverenliyi Günü münasibətilə]] Azərbaycanı təbrik etdi](/uploads/news/68ce5a30a0fa6.webp) 
                                            ![[[Azərbaycan, Özbəkistan və Qırğızıstan]] prezidentləri Şahbulaq qalasında oldular](/uploads/news/6866cb993f426.webp) 
                                            ![[[Əli Əsədov]] Bişkekdə Sadır Japarovla görüşdü](/uploads/news/68cbdac05c95e.webp) 
                                            ![[[Prezident:]] Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq edirik](/uploads/news/682c7a1923b3f.webp) 
                                            ![[[Azərbaycan Prezidenti:]] Tramp həqiqətən Nobel Sülh Mükafatına layiqdir](/uploads/news/68aea86491643.webp) 
                                            ![[[Azərbaycan Prezidenti İlham Əliyev]] Xankəndidə Rəşid Meredovu qəbul etdi](/uploads/news/686653e62807a.webp) 
                                            ![Azərbaycan [[“Robot Ekspedisiyası Praqa-Osaka Expo 2025”]] layihəsini dəstəkləyir](/uploads/news/685697b139661.webp) 
                                            