Azərbaycan və Macarıstan XİN başçıları strateji tərəfdaşlığı müzakirə etdi - YENİLƏNDİ
Xarici siyasət
31.10.2025 13:44
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Bu barədə TodayPress TV-yə XİN-dən məlumat verilib.
Bildirilib ki, görüş zamanı, Azərbaycan və Macarıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, gələcək plan və layihələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların, habelə strateji dialoq və siyasi məsləhətləşmələr kimi mexanizmlərin tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
İkitərəfli əsasda Azərbaycan və Macarıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bərpaolunan enerji ehtiyatları, humanitar, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə çoxşahəli əməkdaşlıq gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, iqtisadi əlaqələrin daha da gücləndirilməsi baxımından potensialın mövcudluğu, bu istiqamətdə perspektivlərin müzakirəsi istiqamətində Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın rolu vurğulanıb.
Bərpaolunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətinin strateji tərəfdaşlıq münasibətlərimizin vacib komponentlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı kabel/Yaşıl Orta Dəhliz təşəbbüsünün irəlilədilməsi fəaliyyətinin davam etdirilməsinin zəruriliyi görüşdə vurğulanıb.
Macarıstanın işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinə töhfəsi minnətdarlıqla qeyd olunub.
Görüşdə, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
13:12
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Nazirlər Azərbaycan və Macarıstan arasında siyasi dialoq, iqtisadi və humanitar tərəfdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da daxil olmaqla, ikitərəfli əməkdaşlığın cari gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
Görüş zamanı həmçinin regional proseslər müzakirə olunub və dost ölkələr arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə dair qarşılıqlı sadiqlik bir daha təsdiqlənib.
tag: Azərbaycan,Macarıstan,XİN,Görüş,Todaypress.tv,
 
        
 
                                ![Prezident İlham Əliyev TDT-nin nümayəndə heyətini qəbul etdi [[- YENİLƏNDİ]]](/uploads/news/68301eea8b27c.webp) 
                                            ![Belarus Baş nazirin müavini [[Füzuliyə]] səfər etdi](/uploads/news/6901ce05cb689.webp) 
                                            ![[[Azərbaycan Prezidenti:]] Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır](/uploads/news/6867c7652289c.webp) 
                                            ![[[BTQ-nin icraçı direktoru:]] "Bu, neokolonializmin bariz nümunəsidir”](/uploads/news/685b8a9dba60a.webp) 
                                            ![[[PFPAD üzvü:]] “Müstəmləkəçiliyin təməlini sarsıtmaq lazımdır”](/uploads/news/683ecbf452e7d.webp) 
                                            ![[[Baş nazir Əli Əsədov]] Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşdü](/uploads/news/682d9ad54f2d1.webp) 
                                            ![[[Prezident:]] Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir](/uploads/news/68aeb264f0224.webp) 
                                            ![Valentina Matviyenko [[Mehriban Əliyevanı]] təbrik etdi](/uploads/news/68a96c13c7d28.webp) 
                                            ![Leyla Abdullayeva Fransanın [[Azərbaycana yeni təyin olunmuş səfiri ilə]] görüşdü](/uploads/news/68a57a6147c97.webp) 
                                            ![Məsud Pezeşkian [[Xankəndidə keçiriləcək]] İƏT sammitində iştirak edəcək](/uploads/news/68676671a39b5.webp) 
                                            