Azərbaycan BMT-nin Okean Konfransında təmsil olundu

Xarici siyasət

09.06.2025 14:51

Azərbaycan BMT-nin Okean Konfransında təmsil olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "X"dəki hesabında yazıb.

“2025-ci il BMT Okean Konfransında Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəf və məsuliyyətdir. İndi okeanın qorunması və onun dayanıqlı istifadəsi naminə bütün tərəflərin hərəkətə keçmə və səfərbər olunması zamanıdır!”

Qeyd edək ki, konfransın əsas məqsədi okeanların ekoloji tarazlığını qorumaq, biomüxtəlifliyi təmin etmək və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Töhfə Səməd

tag: Azərbaycan,XİN,BMT,Okean,Todaypress.tv,

photo
photo