Azərbaycan və Çin investisiya əməkdaşlığını genişləndirir

Azərbaycan və Çin investisiya əməkdaşlığını genişləndirir
26.09.2025 01:00 Xarici siyasət

Bakı və Pekin investisiya əməkdaşlığını genişləndirir. 1995-ci ildən 2025-ci ilin birinci yarısına qədər Çinin Azərbaycana birbaşa investisiyası 942,3 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 76-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycandan Çinə ümumilikdə 2,1 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun da 1,9 milyard dolları Dövlət Neft Fondu tərəfindən təmin edilib.

"Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Bu ilin 7 ayında iki ölkə arasında ticarət dövriyyəsi 26 faiz artıb", - o söyləyib.

Ş.Mustafayev onu da qeyd edib ki, nəqliyyat-tranzit sektoru Bakı ilə Pekin arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir.

"Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr Çini Avropa ilə birləşdirən ən qısa və əlverişli marşrut kimi ölkəmizin strateji rolunu daha da gücləndirir", - o əlavə edib..


TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Bütün Xəbərlər