Portuqaliya UEFA Millətlər Liqasının qalibi oldu
UEFA
09.06.2025 09:10
Portuqaliya millisi UEFA Millətlər Liqasının final matçında İspaniya yığmasını məğlub edib.
TodayPress TV xəbər verir ki, baş mükafat uğrunda həlledici matç Münhendə baş tutub.
“Alyans Arena” qarşılaşmasının əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Portuqaliya millisinin heyətində Nuno Mendeş, Kriştianu Ronaldu, “qırmızı furiya”dan isə Martin Subimendi və Mikel Oyarsabal fərqlənib.
Penaltilər seriyasında Portuqaliya millisi rəqibini 5:3 hesabı ilə məğlub edərək Millətlər Liqası kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştianu Ronaldu turnirin finalı tarixinin ən yaşlı iştirakçısı olub.
Münhen uğuru Portuqaliya millisinin UEFA Millətlər Liqası turnirində ikinci qalibiyyətidir. Daha əvvəl komanda 2019-cu ildə bu sevinci yaşayıb.
Namiq HUN
tag: Portuqaliya,UEFA, Millətlər Liqası,Final,todaypress.tv,