Qurban Qurbanov: ““Çelsi”nin gəlişi bizə motivasiya verir”
UEFA
01.11.2025 10:45
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın X turunda “İmişli”ni 2:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkən “Çelsi” ilə qarşıdan gələn UEFA Çempionlar Liqası matçı barədə də danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə sportal.az məlumat yayıb.
“Çelsi” ilə görüşdə həm xarakter, həm futbolçu keyfiyyəti, həm də motivasiya görəcəksiz. Bu oyunlarda hardasa zəiflədinsə, diqqət etmədinsə, çətin olur. “Çelsi” dünyanın ən bahalı komandası, dünya çempionudur. Ən sürətli, ən dinamik liqadan gələn rəqibdir. Bu cür klubların Azərbaycana gəlməsi bizə və komandaya əlavə motivasiya verir.
Kontenin 2017-ci ildəki "Çelsi"si ilə Mareskanın indiki komandasına gəlincə, təcrübəli məşqçi tələblərin dəyişdiyini bildirib.
Fərq məşqçilərdədir, fərqli futbol sərgiləyirlər. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Bu gün “Çelsi” daha yuxarı səviyyədədir, Kontenin “Napoli”si də yuxarı səviyyədədir. Futbol çox inkişaf edib. Dinamika qaxlıb, güc çoxalıb. Buna da hamı uyğunlaşır. Onlar o çempionatlarda qarşılığını görürlər, bizdə fərlqidir. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki “Qarabağ”dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib.
Namiq HUN
tag: Qurban Qurbanov,Qarabağ,Çelsi,Oyun,Todaypress.tv,
