İspaniya Aİ qanunlarının pozulmasından şübhələnir

UEFA

07.06.2025 12:00

İspaniya Super Liqa ilə bağlı UEFA-ya qarşı iş açıb.

TodayPress TV AS-a istinadən xəbər verir ki, İspaniyanın Bazarlar və Rəqabət üzrə Milli Komissiyası (CNMC) UEFA-nın Avropa İttifaqında Rəqabət Qanunu üzrə fəaliyyətində şübhəli məqamlarla bağlı istintaqa başlayıb.

Təşkilatın Avropa futbol turnirlərinin təşkilində rəqabəti məhdudlaşdırmış olduğu güman edilir. CNMC UEFA ilə doqquz futbol klubu arasında UEFA-nın özünün təşkil etdiyi turnirlərdən başqa digər turnirlərdə, xüsusən də Super Liqada iştirakın qarşısını almaq məqsədi daşıyan müqaviləni araşdırır.

Buna əsas kimi Super Liqanın tərəfini tutan və UEFA-nın monopoliyasını qeyri-qanuni elan edən Avropa İttifaqı Ədalət Məhkəməsinin (AİHM) verdiyi qərardır. UEFA klubların bu məhdudiyyətlərə riayət etməsini təmin etmək üçün bir sıra tədbirlər görə bilər.

CNMC Super Liqanı təşkil edən A22 şirkətinin şikayəti ilə bağlı iş açıb. Komissiya sanksiyalar tətbiq edə və işi Avropa orqanlarına göndərə bilər. Məsələ ilə bağlı qərarın veriləcəyi müddət 24 aya qədər çəkə bilər.

Namiq HUN

tag: UEFA,İspaniya,Qanun,Pozuntu,Todaypress.tv,