Pezeşkiandan fars millətçilərinə ağır zərbə: "Günah Azərbaycanda yox, bizdədir" – POLİTOLOQ RƏYİ
Təhlil
05.08.2025 11:26
"İran Prezidenti Məsud Pezeşkianın "Azərbaycanla əlaqə qura bilmiriksə, günah bizdədir" bəyanatı İrandakı mühafizəkarların ideoloji təbliğatına böyük zərbə vurdu. Bununla da İran cəmiyyətində Azərbaycanla əlaqəli deyilməyənlər özlərinin seçdiyi prezident tərəfindən dilə gətirildi".
Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, mühafizəkarlara böyük zərbə olub və onlara təsir edib:
"Əslində, fars mənşəli deputat Həmid Rəsainin dilindən səsləndirilən "düşmən" kəlməsi ilk dəfə açıq şəkildə İrandakı mühafizəkarların xislətini ortaya qoydu. Bu, tək Azərbaycan dövləti üçün yox, İranda yaşayan həmvətənlilərimiz üçün də mesaj oldu. Mühafizəkarlar bizi düşmən hesab edir. Dövlət rəsmiləri nə qədər bunu açıq şəkildə etiraf etməsələr də, əslində, bu, bütün farsların düşüncəsidir. Onların fikrincə, türklər farsların düşmənidir.
İranlı deputatın açıqlaması xalqların arasına nifaq toxumu əkmək məqsədi daşıyır. Əslində o, fars olsa da, Qərbə qulluq edən agentdir. Onun məqsədi İranı qarışdırmaq, Azərbaycanla əlaqələri korlamaqdır".
Ekspertə görə, Azərbaycan tərəfi İran dövlətindən Həmid Rəsainin cəzalandırılmasını tələb etməlidir:
"Rəsmi Tehran Azərbaycanla xoş münasibətlərdə maraqlıdırsa, Rəsai cəzalandırmalıdır", - deyə A.Qasımlı fikrini yekunlaşdırıb.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın "Azərbaycanla əlaqə qura bilmiriksə, günah bizdədir" ifadəsi İran daxilində, xüsusilə də mühafizəkar dairələrdə ciddi narazılıq yaradıb. Fars mənşəli mühafizəkar deputat Həmid Rəsai Pezeşkianı sərt şəkildə tənqid edərək bildirib:
“Cənab Pezeşkian, açıqlamalarınızda ehtiyatlı olun. Düşmənlərə bəhanə verməyin. Zəncana səfəriniz zamanı söylədikləriniz İran və Azərbaycanın bədxahlarının dəyirmanına su tökür”.
Deputat hesab edir ki, bu bəyanat İranı ittiham edir və Azərbaycanı İsraillə eyniləşdirərək ölkənin ali maraqlarına zərbə vurur.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Pezeşkian,İran,Todaypress.tv,
