Orta əsrlərdə ilişib qalan fars təxəyyülü: Zəngəzur dəhlizinə mane olmaq istəyənlərə SƏRT TƏPKİ

Təhlil

12.08.2025 12:54

“İran hakimiyyətinin bəzi nümayəndələrinin orta əsrləri xatırladan düşüncə tərzi təəccüb və gülüş doğurur. “Qafqaz İranındır”, “mane olacağıq” kimi bəyanatlar İran elitasının düşüncə sisteminin hələ də həmin əsrlərdə ilişib qaldığını göstərir. Öz daxili problemlərini görmək əvəzinə, əsassız açıqlamalarla diqqəti yayındırmağa çalışmaları onları gülünc vəziyyətə salır”.

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, İranın Zəngəzur dəhlizinin açılmasına nəinki mane olmaq, heç bu prosesə uzaqdan nəzarət etmək imkanı da yoxdur:

“Bu məsələ artıq həll olunub. Əksinə, əgər İran özünü müasir dövrün geosiyasi və iqtisadi reallıqlarına uyğun apararsa, bu marşruta Naxçıvan və ya Türkiyə vasitəsilə qoşularaq Avropaya çıxış əldə etmək imkanını da qazana bilər. “Asmaq-kəsmək” dövrü çoxdan geridə qalıb. Hazırda Azərbaycan İran üçün təhlükəsizlik baxımından olduqca vacib ölkədir.

İranın bu marşruta hansısa formada mane olmaq imkanları yoxdur. Əgər hərbi yolla hansısa ssenari planlaşdırılarsa, bu, ABŞ-nin “B-2” bombardmançı təyyarələrinin yenidən regionda görünməsinə səbəb ola bilər. İran belə bir nəticə ilə çox yaxın gələcəkdə üzləşə bilər”.

Qeyd edək ki, avqustun 8-də keçirilən Vaşinqton görüşündən sonra İran tərəfi Azərbaycana qarşı bir sıra qərəzli və sərt bəyanatlarla çıxış edib.

Belə ki, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin sözlərinə görə, rəsmi Tehran heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olacaq siyasət və proqramları qəbul etməyəcək:

“Buna bütün imkanlarımızla mane olacağıq".

SEPAH-ın generalı Yadulla Cavani isə Azərbaycan və Ermənistanı hədələyib:

"Biz Azərbaycan və Ermənistan üçün Ukraynanın taleyini təkrarlamağa hazırıq”. 

“Qafqaz İranındır” və ortaq sərhəddə heç kim “sahiblik iddiası” irəli sürə bilməz. Amerikanın Cənubi Qafqazdakı planlarının həyata keçirilməsinə imkan verilməyəcək", - deyə İranın Ermənistandakı sabiq səfiri Seyid Əli Səqqaiyan bildirib.

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,İran,Fars,Todaypress.tv,

photo