II Qareginin subaylıq əhdini pozmasını Paşinyana kim deyib? – FAKTLAR AÇILDI
Təhlil
09.06.2025 15:03
"Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin kilsə rəhbəri II Qareginin könüllü subaylıq əhdini pozaraq uşağı olması xəbərini ancaq kəşfiyyat mənbələrindən əldə edə bilərdi".
TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu barədə öz "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, Qareginin övladının olduğunu ya Ermənistanın kəşfiyyat strukturları Paşinyana veriblər, ya da bunun arxasında xarici ölkə kəşfiyyat stukturlarından biri dayanır.
"Söhbət o ölkələrin kəşfiyyat strukturlarından gedir ki, onlar Nikol Paşinyanın hakimiyyətini itirməsini və Ermənistanda Rusiyaya bağlı güclərin hakimiyyətə gəlməsini istəmirlər. Nikol Paşinyan II Qareginlə yanaşı, keçmiş prezident Robert Köçəryanın üzərinə də getməyə başlayaraq, onun korrupsiya əməllərini faş edə biləcəyi xəbərdarlığını edib. Böyük ehtimalla II Qareginin övladının varlığı məlumatını Paşinyana ötürən mənbə Robert Köçəryanın hakimiyyəti dövründə və sonrasında korrupsiya əməlləri barədə də əlindəki məlumatları Baş nazirə ötürüb".
Analitikin qənaətincə, Paşinyan, bu məlumatlarla parlament seçkisi öncəsində rəqiblərini əzib keçməyə çalışacaq.
"Onun bu fəaliyyəti bizim də xeyrimizədir", - deyə Elxan Şahinoğlu fikrini tamamlayıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın iddiasına görə, II Qaregin bütün ermənilərin katolikosu ola bilməz. Çünki o, subaylıq andını pozub. Kilsə rəhbərinin övladı var.
Töhfə Səməd
tag: Elxan Şahinoğlu,Politoloq,Paşinyan,Qaregin,Todaypress.tv,
