Gürcüstan artıq Qərbin vitrini deyil — Tbilisi Moskva ilə yeni mərhələyə keçir?
Təhlil
31.10.2025 15:56
Bir zamanlar Qərbyönümlü siyasət yürütməyi xarici siyasətinin əsas istiqaməti sayan Gürcüstanla Qərb arasında ciddi qarşıdurma mövcuddur. Gürcüstanın hazırkı hakimiyyəti Qərbdən üz çevirmək yolunu tutub, demək olar ki, Qərblə bütün əlaqələri silib.

Bütün bunların fonunda Gürcüstan hakimiyyəti ilə Qərbin münasibətləri getdikcə gərginləşir. Gürcüstan hətta sanksiyalarla üz-üzədir. Qərbin Gürcüstana ciddi sanksiyalar tətbiq etməsi məsələsi gündəmdədir. Lakin Gürcüstan daha da irəliləmək fikrindədir.
Bu vəziyyət sonda Gürcüstanı açıq şəkildə Rusiya ilə yenidən daha isti münasibətlərə və əməkdaşlığa sövq edə bilər?

Mövzunu TodayPress TV-yə şərh edən politoloq Bakir Həsənbəyli bildirib ki, Gürcüstanın Avropa İttifaqı ilə münasibətləri son illərdə çoxsaylı siyasi və diplomatik sınaqlardan keçir:

“Ölkə daxilindəki geosiyasi qarşıdurmalar və beynəlxalq aləmdə dəyişən dinamika, xüsusilə Avropa İttifaqı və Rusiya ilə olan münasibətlər Gürcüstanın siyasi və iqtisadi sabitliyinə təsir göstərir. Çünki Gürcüstan Qərb və Rusiya arasındakı geosiyasi mübarizənin əsas mərkəzlərindən biridir. Gürcüstanın Rusiya ilə sərhəd qonşuluğu bu ölkəni Avropaya və Asiyaya açılan qapı kimi olduqca əhəmiyyətli edir. Bu səbəbdən Gürcüstan hər iki tərəflə bərabər, balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır. Lakin həm Rusiya, həm də Avropa İttifaqı Gürcüstanın öz maraqlarını qorumağa yönəlmiş siyasətini müəyyən dərəcədə çətinləşdirir”.
Ekspertin qənaətincə, Gürcüstan–Avropa münasibətləri hazırda müsbət dönəmini yaşamır:
“2020-ci ildə Gürcüstan Avropa İttifaqına üzvülük üçün müraciət etmişdi. 2023-cü ilin dekabrında Avropa İttifaqı rəsmi Tbilisini üzvlüyə namizəd dövlət kimi tanıdı. Amma o vaxtdan bu günə qədər bir sıra mühüm hadisələr baş verib. Ötən ilin payızında Gürcüstanda parlament seçkiləri keçirildi. Seçkilərin nəticələri Avropa İttifaqı tərəfindən tanınmadı. Bu, Gürcüstanda Qərb ilə Rusiya arasında geosiyasi nüfuz qarşıdurmasının davam etdiyini göstərir. Tərəflər çalışırlar ki, öz maraqlarını maksimum dərəcədə qorusunlar.

Avropa İttifaqının bu kimi qərarları, əslində, oradakı sabitliyə xidmət etmir və ölkə daxilində təhlükəsizliyə mənfi təsir göstərir. Reallıq budur ki, Gürcüstan kiçik ölkə olsa da, strateji əhəmiyyəti çox böyükdür. O, Orta Dəhlizin vacib bəndlərindən və Çin ilə Avropa arasındakı zəncirin əsas həlqələrindən biridir. Rusiya ilə qonşuluğunu nəzərə alsaq, Gürcüstan praqmatik siyasət yürütməlidir — həm Qərb, həm də Rusiya ilə balanslı münasibətləri qoruyub saxlamalıdır. Gürcüstan bunu müəyyən qədər etməyə çalışır”.
B.Həsənbəyli əlavə edib ki, Rusiya öz təsir rıçaqları vasitəsilə Gürcüstanın Qərb yönümlü addımlar atmasına imkan vermək istəmir
Avropa Parlamentində Gürcüstandakı bəzi rəsmilərə qarşı sanksiyaların tətbiqi təklif olunur. Lakin Avropa İttifaqının keçmiş SSRİ respublikalarına təsir mexanizmləri demək olar ki, yoxdur. Gürcüstanla bağlı verilən qərar da ciddi rezonans doğurmayacaq. Gürcüstanın Rusiya xəttinə keçməsi isə, ümumiyyətlə, mümkün deyil. Çünki məhz Rusiya Gürcüstan ərazisinin bir hissəsini uzun illərdir işğalda saxlayır. Bu baxımdan Gürcüstanın Rusiya orbitinə düşməsi iddiaları tamamilə əsassızdır.
Qiymət Mahir
tag: Bakir Həsənbəyli,Politoloq,Gürcüstan,Qərb,Todaypress.tv,
 
        
 
                                ![Rusiya ABŞ-yə qarşı güc nümayiş etdirdi: [["Həddinizi aşmayın!"  - Politoloq]]](/uploads/news/6890afb065d9d.webp) 
                                            ![Paşinyanın “növbətçi” Moskva səfəri:  [[Kremlin qapısı bu dəfə niyə döyüldü?]]](/uploads/news/6881d9f5b02d7.webp) 
                                            ![“İran-İsrail qarşıdurmasında [[ÇİNİN YERİ]]](/uploads/news/685a4e206985a.webp) 
                                            ![Azərbaycan Qəzzada sülhməramlı missiyada: [[Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə]]](/uploads/news/68f21a65db875.webp) 
                                            ![Kreml yenə öz ampluasında: [[Kabanovun sərsəm bəyanatları nəyə hesablanıb?]]](/uploads/news/68e4d7a8990cc.webp) 
                                            ![İrana mesaj: [["Azərbaycanı deyil, Ermənistanı hədəf alın" - POLİTOLOQ]]](/uploads/news/6896130018528.webp) 
                                            ![Çətin zamanların strateji tərəfdaşları: [[Bakı və Budapeşt - ŞƏRH]]](/uploads/news/682ed52ddc94c.webp) 
                                            ![Trampın [[yeni planı]] Qəzzanı necə xilas edəcək?](/uploads/news/68dbac487c95c.webp) 
                                            ![Seçkiyə hazırlığın [[SON AKKORDLARI: Gümrüdə nə baş verir?]]](/uploads/news/68f78e2f49586.webp) 
                                            ![[[PAŞİNYANIN İTV-YƏ MÜSAHİBƏSİ:]] Ərazi iddialarına haqq qazandırmaq, yoxsa…](/uploads/news/68273baae1dc1.webp) 
                                            