Ermənistan daxilində narahatlıq: Azərbaycan Paşinyanın reytinqini artırır!
Təhlil
31.10.2025 17:23
Erməni şərhçi Arman Abovyan hesab edir ki, Azərbaycan tərəfinin sülhlə bağlı atdığı addımlar Ermənistanın Baş naziri Nikol Paşinyanın reytinqini yüksəldir və bunun seçkidə hakimiyyət üçün müsbət nəticələri olacaq. Onun fikrincə, seçkidən sonra azərbaycanlıların geri qayıdışına start verilə bilər: "Qərbi Azərbaycan konsepsiyasının reallaşması istiqamətində addımlar atıla bilər. Ermənistanda "dördüncü respublika"nın elan edilməsi də bu prosesin tərkib hissəsidir".

Məsələni TodayPress TV-yə şərh edən Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Ermənistanın siyasi və ictimai arenasında seçkilərlə əlaqəli yaranmış gərginlik fonunda Azərbaycanın atdığı addımlarla bağlı Paşinyanın reytinqinin artması fikri həqiqətə uyğundur.

Hətta Azərbaycanın bunu məqsədli şəkildə etdiyi də sirr deyil, çünki Azərbaycan Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır:
“Azərbaycan Nikol Paşinyan kimi düşünən siyasətçilərlə işləməkdə maraqlıdır. Qərbi Azərbaycan konsepsiyası isə həmişə Azərbaycanın gündəmində olub və bundan sonra da olacaq. Azərbaycanlıların Qərbi Azərbaycana qayıtmasında qeyri-adi heç nə yoxdur. Onlar ata-baba yurdlarına qayıtmalıdırlar".

Politoloq vurğulayıb ki, Qərbi Azərbaycan tarixi Azərbaycan əraziləridir. Ermənistan istəsə də, istəməsə də, ordan qovulmuş azərbaycanlılar torpaqlarına qayıtmalıdır.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Azərbaycan,Paşinyan,Todaypress.tv,
 
        
 
                                ![Qazaxıstanda struktur dəyişikliyi: [[Nə baş verir?]]](/uploads/news/68c10f95a52c7.webp) 
                                            ![Azərbaycan Türkiyə və Pakistanla [[STRATEJİ ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRİR]]](/uploads/news/6836c2f49464a.webp) 
                                            ![Nobel Sülh Mükafatı alan Maçado kimdir? [[- DOSYE]]](/uploads/news/68e8fcb2ed446.webp) 
                                            ![[[“Soyuq müharibə" qapıda:]]  "Çinin yüksəlişi təkcə Qərbi deyil, Rusiyanı da..."](/uploads/news/68baae2b7105d.webp) 
                                            ![Rusiya Prezidenti Düşənbədə yeni reallıqla barışmağa məcbur qaldı [[– Ramiz Yunus AÇIQLADI]]](/uploads/news/68f4c7e502171.webp) 
                                            ![[[Ramiz Yunus:]] "Sülh prosesi Azərbaycanın zəfəri ilə başladı"](/uploads/news/6896e965e8cbb.webp) 
                                            ![[[Vaşinqton “nəbz yoxlayır”:]] Zəngəzur dəhlizinə nəzarət mübarizəsi alovlanır!](/uploads/news/6869283453cb0.webp) 
                                            ![“Türkiyə İran-İsrail münaqişəsində addım atmağa məcburdur” [[– RƏY]]](/uploads/news/68513be1e1f9c.webp) 
                                            ![“Avroviziya” ilə bağlı feyk xəbərləri kim yayıb? [[– Bu qüvvələrin maraqları var imiş...]]](/uploads/news/68d1530b4c7f4.webp) 
                                            ![“Bu yol onu seçkilərə apara bilər” [[— Sarkozinin həbsi Fransanı SİLKƏLƏDİ!]]](/uploads/news/68fa3d3da6400.webp) 
                                            