Ekspert:"Onlar Moskvanın "qırmızı xəttini" keçə bilməzlər"

Ekspert:"Onlar Moskvanın "qırmızı xəttini" keçə bilməzlər"
24.12.2025 17:06 Təhlil

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) Belarusa 250 kiloqramdan artıq qırmızı kürü və digər dəniz məhsullarının qanunsuz daşınmasının qarşısını alıb. Smolensk Gömrük İdarəsi ilə birgə yoxlamalar zamanı Bryansk, Smolensk və Kaluqa vilayətlərindən Belarusa gedən beş nəqliyyat vasitəsi saxlanılıb, məhsulların sənədlərinin olmadığı və daşınma qaydalarının pozulduğu müəyyən edilib.

Maraqlıdır,  Belarusun ABŞ ilə yaxınlaşması fonunda bunu Rusiyanın Belarusa iqtisadi  təzyiq aləti hesab etmək olarmı?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Belarus Rusiyanın tam nəzarətində olan əsas müttəfiqidir:


"Belarus Rusiya ilə ittifaqdadır və onun ən yaxın müttəfiqi kimi hərəkət edir. Rusiya ilə razılaşdırmadan demək olar ki, heç bir addım atılmır. Üstəlik, Rusiya Belarus ərazisində taktiki nüvə silahları yerləşdirib. Bu, məşhur Karib böhranından sonra Rusiyanın ilk dəfə öz ərazisindən kənarda, başqa bir ölkənin ərazisində nüvə silahı yerləşdirməsidir. Eyni zamanda, ən müasir raket sistemləri də Belarusun ərazisində yerləşdirilib".

Onun sözlərinə görə, Lukaşenko dövründə Belarusun Rusiyadan uzaqlaşması mümkün deyil:

"Bu səbəbdən Rusiya ilə Belarus arasında, ən azı Lukaşenkonun hakimiyyətdə olduğu dövrdə, münasibətlərdə ciddi soyuqluğun yaranması qeyri-mümkündür. Lukaşenko yaxşı bilir ki, onu hakimiyyətdə kim saxlayıb və bu gün də kim saxlayır. Amerika Birləşmiş Ştatları ilə yaxınlaşmaya gəldikdə isə, bu cür addımları digər keçmiş ittifaq respublikaları da atır. Qazaxıstan və Özbəkistan ABŞ ilə daha sıx əməkdaşlığa cəhd göstərir, lakin onlara qarşı bu tip addımlar atılmır".

Ekspert qeyd edib ki, Onlar Rusiyanın qırmızı xətlərini keçmirlər:

"Çünki Ukrayna müharibəsi, təəssüf ki, Rusiyanı zəiflətmədi. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Putinin istəklərinin reallaşdırılması üçün əlindən gələni edir, NATO-nun zəiflədilməsi istiqamətində də müəyyən addımlar atır. Belə bir şəraitdə Rusiya rəhbərliyinin özünü daha rahat hiss etməsi təbiidir və ətraf ölkələrin Moskvaya münasibətinin yaxşılaşmasını görməmək mümkün deyil".

Abutalıb Səmədov sonda əlavə edib ki, bu səbəbdən Belarusun Rusiyanı ciddi şəkildə narazı sala biləcək hər hansı addım atması real deyil. Kürü və digər dəniz məhsulları ilə bağlı məsələ isə xırda texniki məsələdir və dövlətlər arasında ciddi narazılıq yaradacaq faktor hesab oluna bilməz. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Bütün Xəbərlər