“Doğru Vəd-3” özünü doğruldacaq? - Yəhudi Media Mərkəzindən ŞƏRH

Təhlil

16.06.2025 17:40

“İranın “Doğru Vəd-3” əməliyyatlarının başladığını elan etməsi indiki halda İsrailin hərbi və mülki infrastrukturuna ziyan vurur, amma bu o demək deyil ki, regionda yeni müharibənin təməli qoyulur”. 

Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O, İran-İsrail arasında münaqişəsinin Yaxın Şərq üçün təhlükəli ssenarilər vəd etdiyini bildirib: 

“Böyük dövlətlər bu münaqişənin başlamasına icazə verməməli idi. Ancaq proseslər ona gətirib çıxartdı ki, nüvə danışıqları alınmadı, İranın proksi qüvvələri Yaxın Şərqdə zəiflədildi. Görünən odur ki, hesablamalar buna yönəlmişdi. İranın daxilinə endirilən zərbələr İrana olduqca ziyandır. İsrail tərəfi bunu 3-4 il öncədən hesablamışdı”. 

Ekspert sonda əlavə edib ki, münaqişənin bitməsi hər iki dövlətin iqtisadi və hərbi resursundan asılı olacaq.

Qeyd edək ki, iyunun 13-də İsrailin zərbələrinə cavab olaraq SEPAH İsraildəki hərbi hədəflərə istiqamətlənən “Doğru vəd 3” əməliyyatına başladığını elan edib.

Qiymət Mahir

tag: Rüstəm Tağızadə,Politoloq,İsrail,İran,Todaypress.tv,

photo