BMT-də yeni fiqur: Azərbaycana münasibət necə olacaq?
Təhlil
10.06.2025 14:53
Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının yeni prezidenti seçilib. Berbokun Ermənistanla əməkdaşlığa meylli olması məlumdur.
Maraqlıdır, onun dövründə BMT Baş Məclisi Azərbaycana qarşı hansısa mənfi qərar verə bilər?
Politoloq Samir Hümbətov mövzunu TodayPress TV-yə şərh edib.
O, BMT Baş Assambleyasının fövqəladə qərarverici qurum olmadığını bildirib:
“Annalena Berbokun BMT-də ciddi rol oynayacağını düşünmürəm. Tamamilə gözardı edilməli olmasa da, onun Azərbaycana qarşı mənfi qərarlar verəcəyini zənn etmirəm. Ümumilikdə BMT-də qəbul olunan qərarlar əsasən üzv dövlətlərin iradəsinə bağlıdır. Baş Assambleya üzv dövlətlərin verdiyi qərarlar əsasında fəaliyyət göstərir. Əgər bütün qərarlar yalnız Baş Assambleya tərəfindən qəbul edilsəydi, bu zaman narahatlığa əsas ola bilərdi”.
Ekspert Berbokun Azərbaycanla bağlı sərt mövqe tutacağını düşünmür:
“Onun ermənilərlə münasibətlərinin yaxşı olması Azərbaycanla bağlı sərt mövqe tutacağı anlamına gəlmir. Hətta istəsə belə, buna nail ola bilməz. Məncə, o, sadəcə fiqur olaraq qalacaq”.
Qiymət Mahir
tag: Samir Hümbətov,Politoloq,BMT,Azərbaycan,Todaypress.tv,
