ABŞ Hindistana qarşı cəbhə açır: Rusiya neftinə görə gərginlik artdı

Təhlil

06.08.2025 16:15

"Hindistanın ABŞ tərəfindən ittihamlara məruz qalması bu ölkənin Rusiyadan neft alması ilə bağlıdır. ABŞ Prezidenti Donald Tramp administrasiyası çalışır ki, Rusiyadan neft alan ölkələrə qarşı təzyiqləri gücləndirsin".

Politoloq Zeynal Əmrəliyev bu fikirləri TodayPress TV-yə açıqlamasında deyib.

Bununla yanaşı o, Hindistanın həqiqətən də son zamanlarda Ukraynada güclənməsindən bəhs edib:

"Hindistan həm Rusiya ilə münasibətləri davam etdirir, həm də Ukrayna rəhbərliyi ilə danışıqları davam etdirir. Hindistanda Baş nazir Narenda Modi hökümətinin əsas siyasəti Çinlə rəqabət təşkil etməkdir. Çin Kiyevlə münasibətlərin normallaşması istiqamətində addımlar atır. Məqsədi müharibədən sonra Ukraynada yenidənqurma işlərində iştirak etməkdir. Hindistan isə Rusiyadan neft alaraq maddi yardım göstərir, sanksiyaları yarmasına kömək edən əsas ölkələrdən biri rolunda çıxış edir".

Ekspert Hindistanın ABŞ-də ciddi tənqidlərə məruz qaldığını vurğulayıb. O qeyd edib ki, ABŞ dəfələrdə Modi hökumətinə xəbərdarlıq edib ki, bu siyasəti davam etdirsə, Hindistanla daha sərt şəkildə danışılacaq. 

"ABŞ-nin istədiyi Hindistanın Qərblə birgə Rusiyaya qarşı cəbhə alması və iqtisadi əlaqələri kəsməsidir. Görünür, Ağ Ev heç bir vəchlə Rusiyanın iqtisadi azadlığının təmin olunmasını istəmir", - deyə Z.Əmrəliyev fikrini sonlandırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın müşaviri Stiven Miller Hindistanı Rusiya neftini almaqla Ukraynaya qarşı müharibəni dolayı yolla maliyyələşdirməkdə ittiham edib.

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,ABŞ,Hindistan,Todaypress.tv,

photo