Yağlı süd piylənmə riskini azaldır
Sosial
16.04.2026 18:15
Tam yağlı süd, yüksək yağ tərkibinə baxmayaraq, uşaqlarda piylənmə riskini azalda bilər.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "American Journal of Clinical Nutrition" (AJCN) jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində geniş və uzunmüddətli uşaq sağlamlığı müşahidə proqramının məlumatlarından istifadə edilib. Alimlər uşaqların körpəlik dövründə istehlak etdikləri süd növünü — tam yağlı, az yağlı və ya yağsız — izləyərək bu göstəriciləri onların 5 və 8 yaşlarında bədən çəkisi və yağ göstəriciləri ilə müqayisə ediblər.
Nəticələr göstərib ki, müntəzəm olaraq tam yağlı süd içən uşaqların bədən kütlə indeksi daha aşağı olur. Həmçinin, 8 yaşına qədər bu uşaqlarda piylənmə riski yağsız süd istehlak edənlərlə müqayisədə 69% daha azdır. Ümumilikdə, südün daha yüksək yağ tərkibi daha əlverişli bədən tərkibi göstəriciləri ilə əlaqələndirilib.
Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr uşaqların qidalanması ilə bağlı əvvəlki tövsiyələrlə — xüsusilə az yağlı süd məhsullarına üstünlük verilməsi ilə — ziddiyyət təşkil edir. Müəlliflərin fikrincə, süd yağı daha uzun müddət toxluq hissi yarada bilər və bu da fast food, şirniyyat və şəkərli içkilərin istehlakını azaltmağa kömək edə bilər. Bununla belə, bu əlaqənin əsas mexanizmləri hələ tam aydınlaşdırılmayıb
Jalə Rövşən
tag: Piylənmə ,Tədqiqat,Çəki,Süd ,Todaypress.tv,
Bəzi qidalarla depressiyanın qarşısını almaq olar
23.09.2025
Cənubi Koreyada aparılan geniş araşdırma göstərib ki, qidada daha çox kreatin qəbul edən insanlarda depressiya, narahatl...
Öz saçlarını udan 9 yaşlı qızın mədəsindən saç kütləsi çıxarıldı
07.08.2025
30.07.2025-ci il tarixində 05.08.2016-ci il təvəllüdlü Qax rayon sakini (qadın cinsli) ürəkbulanma, iştahsızlıq və qarın...
Elektrikli diş fırçasını necə istifadə etmək lazımdır?
12.09.2025
Stomatoloqlar bildiriblər ki, insanların elektrikli diş fırçasından istifadə edərkən ən çox etdiyi səhv onu adi diş fırç...
TƏBİB-in İcraçı direktoru vətəndaş qəbulu keçirdi
04.07.2025
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq vətənd...
TƏBİB son iki ilin göstəricilərini açıqladı
27.11.2025
Son iki ildə TƏBİB tabeli tibb müəssisələrində 650 mindən çox hemodializ seansı icra olunub.TodayPress TV xəbər verir ki...
Fitnes demansın inkişafını yavaşlada bilər
09.09.2025
Alimlər müəyyən ediblər ki, həm fiziki hərəkət, həm də zehni tapşırıqları birləşdirən xüsusi oyunlar demansın erkən mərh...
Az yatmağın ciddi fəsadları
25.05.2025
Son illərdə aparılan beynəlxalq araşdırmalar göstərir ki, dünyada milyonlarla insan xroniki yuxu çatışmazlığından əziyyə...
Qəhvəni daha faydalı hala gətirməyin yolları
08.07.2025
Qəhvə gündəlik rasionda ən çox istifadə olunan içkilərdən biridir və mütəxəssislər onun sağlamlığa olan təsirini artırma...
Sağlam gələcək üçün düzgün tərbiyə: Uşaqların emosional inkişafı niyə vacibdir?
28.10.2025
Sağlam gələcək sağlam və savadlı gənclərlə mümkündür. Bunun üçün uşaqlara kiçik yaşlardan düzgün tərbiyə verilməli, onla...
Duşdan sonra edilən bəzi səhvlər saç tökülməsinə səbəb olur
15.08.2025
Saç sağlamlığı üzrə mütəxəssislər bildirirlər ki, yaş saçlara düzgün qulluq edilmədikdə onların zədələnmə və tökülmə ris...
