Uşaq evi sosial xidmət muəssisəsinin bir qrup sakini üçün ekskursiya təşkil edildi
Sosial
15.06.2025 14:30
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 6 saylı Uşaq evi sosial xidmət muəssisəsinin bir qrup sakini üçün “Bio Garden” istirahət mərkəzinə ekskursiya təşkil edilib.
TodayPress TV xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.
"İnsan hüquqları aylığı”na həsr edilən tədbir çərçivəsində uşaqlar üçün açıq havada təlim təşkil edilib.
Təlimin məqsədi uşaqların maarifləndirilməsi, qanunvericiliklə müəyyən edilmiş hüquqları barədə məlumatlandırılması və nümunəvi vətəndaş kimi inkişaflarına dəstək göstərilməsi olub.
İnteraktiv təşkil olunan təlimdə müəssisənin sakinləri fəal iştirak ediblər.
Ekskursiya bağla yaxından tanışlıq, mövsüm meyvələrinin dadına baxılması və əyləncəli anlarla yadda qalıb.
tag: Ekskursiya,Uşaq,SXA,ƏƏSMN,Todaypress.tv,