Rusiyanın mədəniyyət naziri Azərbaycana təşəkkür etdi

Sosial

15.06.2025 22:45

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova rusiyalı sənətçilərin İrandan təxliyə edilməsində operativ və koordinasiyalı fəaliyyətinə görə Azərbaycan hakimiyyətinə minnətdarlığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb.

O qeyd edib ki, Pyotr İliç Çaykovski adına Böyük Simfonik Orkestrin bütün musiqiçiləri İrandan təxliyə olunub.

"Bu gün Pyotr İliç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçdilər. Dünən İranı eyni marşrutla Fyodor Bondarçukun çəkiliş qrupu tərk etdi. Hamı sağ və salamatdır. Diplomatlarımıza, Rusiyanın Tehran və Bakıdakı səfirliklərinin əməkdaşlarına, həmçinin Azərbaycan və İranın hakimiyyət orqanlarına operativ və koordinasiyalı fəaliyyətə görə minnətdaram!" - nazir yazıb.

O.Lyubimova həmçinin vurğulayıb ki, göstərilən köməyə görə təşəkkür əlaməti olaraq iyunun 16-da Azərbaycan Dövlət Filarmoniyasında konsert keçiriləcək.

tag: Rusiya,Azərbaycan,İran,Mədəniyyət,Todaypress.tv,