Ombudsmanın “916” xəttinə zənglər kəskin artıb

Sosial

03.02.2026 11:15

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə 2025-ci il üzrə daxil olan zənglərin aylıq statistikası açıqlanıb.

TodayPress TV xəbər verir ki, zənglərin sayı ilin son aylarında artaraq dekabrda ən yüksək həddə çatıb.

Məlumata görə, yanvar ayında 844, fevralda 889, martda isə 735 zəng qeydə alınıb.

Aprel ayında müraciətlərin sayı 1192-yə yüksəlib, mayda 1084, iyunda isə 1101 zəng daxil olub. İlin ortasında artım tendensiyası güclənib və iyulda çağrıların sayı 1638-ə çatıb. Avqust ayında 1195, sentyabrda 1388, oktyabrda isə 1408 zəng qeydə alınıb.

Statistikaya əsasən, noyabr ayında müraciətlərin sayı 1353 olub, dekabrda isə 1891 zənglə ilin ən yüksək göstəricisi qeydə alınıb.

Qiymət Mahir

TodayPress TV

tag: Ombudsman,Çağrı Mərkəzi,Şikayət,Məlumat,Todaypress.tv,