Bakı Baza Tibb Kollecində müasir və beynəlxalq standartlara uyğun kadrlar hazırlanır
Sosial
27.11.2025 10:22
"Bakı Baza Tibb Kolleci müasir və beynəlxalq standartlara uyğun kadr hazırlığı aparır".
TodayPress TV xəbər verir ki, bu fikirləri ”Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nın açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev səsləndirib.
Teymur Musayev qeyd edib ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci ölkənin orta tibb mütəxəssislərinin hazırlanmasında aparıcı rol oynayır: “Müasir simulyasiya otaqları, rəqəmsal tədris resursları, OSKİ imtahan sistemi və beynəlxalq əməkdaşlıq memorandumları tədrisin keyfiyyətini yüksəldir və əmək bazarına yüksək ixtisaslı tibb bacıları və mamalar yetişdirilməsinə imkan yaradır”.
tag: Teymur Musayev,Səhiyyə,Nazir,Çıxış,Todaypress.tv,
