Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
15.07.2026 16:21 Siyasət

Prezident İlham Əliyev 25 may 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON) idarəetməsində olan "Aztelekom" MMC-nin baş direktoru və "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri siyahıya daxil edilib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər