WUF13-də iqlim və qeyri-rəsmi yaşayış məntəqələri barədə problemlər müzakirə olundu

WUF13-də iqlim və qeyri-rəsmi yaşayış məntəqələri barədə problemlər müzakirə olundu
17.05.2026 15:36 Siyasət

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iqlim və qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı problemlər müzakirə olunub.

TodayPress TV xəbər verir ki, Şotlandiyanın Qlazqo Universitetinin tədqiqatçısı Diego Pajarito bildirib ki, müzakirələr əsasən iqlim dəyişikliklərinin Latın Amerikası və Afrikadakı qeyri-rəsmi yaşayış məntəqələrinə təsiri ətrafında aparılıb.

O qeyd edib ki, iqlim dəyişikliyi və ekstremal hava hadisələri həmin ərazilərdə yaşayan icmalar üçün ciddi çətinliklər yaradır:

"İştirakçılar bu problemlərin həlli üçün müxtəlif strategiyaların hazırlanması və icmalara dəstəyin gücləndirilməsinin vacibliyini vurğulayıblar".

Tədqiqatçının sözlərinə görə, Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır:

"Forum müxtəlif ölkələrdən olan iştirakçılar üçün yeni təcrübə yaradıb. İştirakçılar bu forumu beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və gələcəkdə daha dayanıqlı yaşayış mühitinin qurulması baxımından əhəmiyyətli platforma hesab edirlər".

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 Bütün Xəbərlər