Qana şəhərsalmasında sosial mənzil modeli və dövlət rolu güclənir

Siyasət

21.05.2026 16:53

“Əlçatan mənzil yalnız güclü dövlət müdaxiləsi ilə mümkündür”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Siyasi öhdəlikdən icraya hazırlığa keçid” adlı nazirlər dəyirmi masasında Kumasi Yenidənqurma layihəsinin rəhbəri Con Bavah deyib.

O bildirib ki, Qanada mənzil bazarının inkişafı üçün sosial, əlçatan, orta gəlirli və bazar qiymətli mənzil seqmentlərinin düzgün şəkildə ayrılması vacibdir.

“Dövlət mənzil şirkəti əsasən əlçatan və orta gəlirli mənzil seqmentlərinə fokuslanır. Sosial mənzil yalnız birbaşa dövlət müdaxiləsi və güclü siyasət dəstəyi ilə effektiv nəticə verir. Qana Dövlət Mənzil Şirkəti 1956-cı ildən fəaliyyət göstərir və bu müddət ərzində 30 mindən çox mənzil inşa edib”.

Con Bavah vurğulayıb ki, qurum dövlətə tam məxsusdur və ölkədə ən effektiv idarə olunan dövlət müəssisələrindən biri hesab olunur:

“Əsas məqsəd bütün vətəndaşlar, xüsusilə dövlət və ictimai sektor işçiləri üçün keyfiyyətli və əlçatan mənzil təmin etməkdir”.

Qiymət Mahir

TodayPress TV

tag: Con Bavah,WUF13,Tədbir,Çıxış,Todaypress.tv,