Mərakeş Afrika şəhərsalma gündəliyində qitə əməkdaşlığını gücləndirir

Siyasət

21.05.2026 16:41

“Qitə ölkələri inklüziv və dayanıqlı şəhər modelinə doğru ortaq iradə nümayiş etdirir”.

TodayPress TV xəbər verir ki, bunu Mərakeşin şəhərsalma, mənzil və şəhər siyasəti üzrə dövlət katibi Adib Benbrahim WUF13 çərçivəsində keçirilən "Siyasi öhdəlikdən icraya hazırlığa keçid" adlı nazirlər dəyirmi masasında bildirib.

O bildirib ki, Afrika ölkələri arasında əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin artırılması yeni şəhər gündəliyinin əsas istiqamətlərindəndir.

Katib qeyd edib ki, BMT-“Habitat” ilə birgə Afrika platformasının yaradılması ölkələr arasında koordinasiyanı daha da gücləndirəcək.

Onun sözlərinə görə, bu təşəbbüs həm də uğurlu təcrübələrin bölüşülməsinə və regional inteqrasiyaya imkan verəcək.

Natiq vurğulayıb ki, qarşıda duran çağırışlar böyük olsa da, Afrika ölkələrinin əsas üstünlüyü ortaq iradə və dayanıqlı şəhər modelinin qurulması əzmi ilə bağlıdır.

O əlavə edib ki, yeni şəhər modeli inklüzivlik, innovasiya və həmrəylik prinsiplərinə əsaslanır.

Qiymət Mahir

TodayPress TV

tag: Adib Benbrahim,Dövlət Katibi,WUF13,Çıxış,Todaypress.tv,