Keniya lideri: Tikinti xərclərini 10 faizdən 2,5 faizə endirmişik

Keniya lideri: Tikinti xərclərini 10 faizdən 2,5 faizə endirmişik
18.05.2026 15:16 Siyasət

“Tikinti xərclərini 10 faizdən 2,5 faizə endirmişik”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində Keniyanın Prezidenti Uillyam Samoei Ruto deyib.

O qeyd edib ki, tikinti xərclərini azaltmaq üçün tikinti ölçüləri və materialları standartlaşdırılıb:

“Qapılar, pəncərələr və digər tikinti materiallarının ölçülərini standartlaşdırdıq. Bu, tikinti komponentlərinin kütləvi istehsalını mümkün etdi, nəticədə xərclər əhəmiyyətli dərəcədə azaldı”.

Keniyanın Prezidenti maliyyələşmə məsələlərinə diqqət çəkib:

“Biz xüsusi mənzil fondu yaratdıq və yerli resursların səfərbər edilməsi yolu ilə mənzil tikintisini maliyyələşdiririk”.

Prezident ölkədə həyata keçirilən layihələrin nəticələrini açıqlayıb:

“Son üç ildə 273 min mənzil tikilib. Artıq 8 min evin açarları sahiblərinə təhvil verilib, ilin sonuna qədər daha 55 min açar təhvil veriləcək. Hazırda 700 min mənzillik tikinti layihəsi icra mərhələsindədir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər