İsrail-İran qarşıdurması: Hərbi üstünlük kimdən yanadır?
Siyasət
13.06.2025 17:57
"İsrail İranla müqayisədə texnoloji cəhətdən daha çox inkişaf edib. Bu gün İsrailin texnologiyası, hərbi sənaye kompleksi çox güclüdür".
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bunu TodayPress TV-yə danışarkən deyib.
O, İsrailin İranla müqayisə oluna biləcəyini düşünmür:
"İsrail çox güclüdür. Rəhbərliyində təmsil olunan şəxslərin tutduğu mövqeləri, həyata baxışları, inovasiyaları yetərincə qavraya bilməmələri səbəbindən İran xeyli geridə qalıb. İranın xeyli zəiflikləri var və İsrail bundan istifadə edir. İranın Baş Qərargah rəisi Məhəmməd Bagerinin evində öldürülməsi İran rəsmiləri üçün çox ciddi siqnal idi".
Ekspert İranın tam məğlub olacağını düşünmür:
"İran üçün çətin olsa da, tam məğlub olacağını düşünmürəm. Lakin yaxın saatlarda gərginlik artacaq".
Qeyd edək ki, iyunun 13-də İsrail İrana qarşı “qabaqlayıcı zərbə” endirdiyini bəyan edib.
Qiymət Mahir
tag: Üzeyir Cəfərov,Hərbi Ekspert,Polkovnik,İsrail,İran,Münaqişə,Güc,Todaypress.tv,
