Hikmət Hacıyev: Azərbaycan və Serbiya interregional əməkdaşlıqda mühüm rol oynayırlar
Siyasət
16.02.2026 13:54
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Serbiyanın interregional əməkdaşlığı ilə bağlı paylaşım edib.
TodayPress TV xəbər verir ki, diplomat bu barədə "X" sosial media hesabında yazıb.
"Azərbaycan və Serbiya strateji tərəfdaşlar və yüksələn orta güclər kimi interregional əməkdaşlıqda da mühüm rol oynayırlar - Azərbaycan Cənubi Qafqazda / daha geniş Xəzər hövzəsində, Serbiya isə Balkanlarda yerləşir.
Zəngəzur Dəhlizi / TRIPP təşəbbüsü Daha Geniş Xəzər / Mərkəzi Asiya ilə Balkan regionları arasında əlaqəliliyin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır", - o bildirib.
Azerbaijan and Serbia, as strategic partners and emerging middle powers, play also an important role in interregional cooperation — Azerbaijan located respectively in the South Caucasus/wider Caspian region and Serbia in the Balkans.
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 16, 2026
The Zangezur Corridor/TRIPP initiative create… pic.twitter.com/tnqLiIhR2k
tag: Hikmət Hacıyev,Azərbaycan,Serbiya,Paylaşım,Todaypress.tv,
