Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edildi - SƏRƏNCAM

Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edildi - SƏRƏNCAM
07.11.2025 16:56 Siyasət

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə bəzi şəxslər təltif edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıda adları olan şəxslər təltif edilib.

"Azərbaycanın Milli Qəhrəmanı" adı ilə

Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra)

"Azərbaycan Bayrağı" ordeni ilə

Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir

"İgidliyə görə" medalı ilə

Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant

Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor

Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan

Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.

TodayPress TV 

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər