Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək

Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
15.07.2026 17:33 Siyasət

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 16-17 iyulda Moskvada rəsmi səfərdə olacaq.

Zaxarova Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların keçiriləcəyini vurğulayıb.

O qeyd edib ki, danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər