Azərbaycan UNESCO-nun Dünya Türk Dilləri Ailəsi Günü elan etməsi qərarını alqışladı

Siyasət

03.11.2025 20:50

Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsi qərarını alqışlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında bildirilib.

Qeyd olunub ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərara əsasən, dekabrın 15-i Dünya Türk Dilləri Ailəsi Günü elan edilib:

"Bu tarix Orxon-Yenisey abidələrinin – bütün türk dillərinin ortaq köklərini və paylaşılmış tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunmasının ildönümünə təsadüf edir. Azərbaycan bu mühüm qərarı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində əlamətdar addım kimi alqışlayır".

TodayPress TV

tag: XİN, UNESCO, Özbəkistan,Dünya Türk Dilləri Ailəsi Günü, todaypress.tv,