Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqəndə görüşdü
Xarici siyasət
30.10.2025 10:18
30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səmərqəndə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
XİN-dən TodayPress TV-yə verilən xəbərə görə, nazir Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanın YUNESKO-nun baş konfransına ev sahibliyi münasibətilə təbriklərini çatdırıb.
Görüş zamanı strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylər müzakirə olunub.
İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr nəzərdən keçirilib.
Görüşdə, beynəlxalq və regional təşkilatlar, BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də regional platformalar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüş zamanı, həmçinin regional inkişaflar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
tag: Görüş,XİN,Ceyhun Bayramov,Todaypress.tv,
 
        
 
                                ![[[Mehriban Əliyeva]] Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak etdi](/uploads/news/68f140bc762b2.webp) 
                                            ![[[Azərbaycan XİN]] Ukrayna ilə bağlı paylaşım etdi](/uploads/news/68aaecbe67d89.webp) 
                                            ![Azərbaycan və AİİB imzaladıqları [[birgə bəyannaməni mübadilə etdi]]](/uploads/news/68b54e33384a0.webp) 
                                            ![Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirildi [[- YENİLƏNDİ 3]]](/uploads/news/6836ed116e463.webp) 
                                            ![[[Sahibə Qafarova və Syed Yusuf Raza Gilani arasında]] telefon danışığı oldu](/uploads/news/68d542ad45084.webp) 
                                            ![Vuçiç [[Prezident İlham Əliyevə]] təbrik məktubu ünvanladı](/uploads/news/683476e4d4188.webp) 
                                            ![Astanada [[Azərbaycan və Qazaxıstan Prezidentlərinin]] təkbətək görüşü oldu](/uploads/news/68f739e4124a8.webp) 
                                            ![Aİ-nin yeni səfiri [[Azərbaycana]] gəldi](/uploads/news/68b6e5444536b.webp) 
                                            ![Portuqaliya Prezidenti [[Azərbaycan liderini təbrik etdi]]](/uploads/news/6835efb369128.webp) 
                                            ![[[İlham Əliyevin]] Qazaxıstana dövlət səfəri başa çatdı](/uploads/news/68f7af4a9f6b5.webp) 
                                            