Pəhrizə keçid demans riskini 25% azaldır
Sağlamlıq
03.06.2025 13:00
Orta yaşda sağlam və balanslı qidalanmaya keçmək demans riskini əhəmiyyətli dərəcədə azalda bilər.
TodayPress TV xəbər verir ki, bu nəticə qidalanma sahəsində aparılan geniş tədqiqat zamanı əldə olunub və beynəlxalq elmi konfransda təqdim edilib.
Tədqiqatda 90 mindən çox insan iştirak edib. Onların qidalanma vərdişləri uzun illər ərzində izlənib və məlumatlar əsasında demansa təsir edən pəhriz nümunələri təhlil edilib.
Tövsiyə olunan qidalanma modeli tam taxıllar, tərəvəz, paxlalılar, qoz-fındıq, balıq və quş ətinin istifadəsini təşviq edir, eyni zamanda şirniyyat, qırmızı ət, pendir, yağlı və qızardılmış qidaların qəbulunu məhdudlaşdırmağı tövsiyə edir.
Uzun müddət bu pəhrizə riayət edənlərdə demans riski təxminən 9% azalır. Orta yaşda bu pəhrizə keçənlərdə isə risk 25% daha az olur.
Mütəxəssislər bildirirlər ki, pəhrizdə dəyişiklik etmək üçün heç vaxt gec deyil və düzgün qidalanma beyin sağlamlığını qorumaqda mühüm rol oynayır.
Türkan İsgəndərli
tag: Demans,Beyin,Xəstəlik,Pəhriz,todaypress.tv,