Xərçəngə qarşı yeni immunoterapiya üsulu kəşf edildi
Sağlamlıq
27.10.2025 19:30
Yel Universitetinin alimləri müəyyən ediblər ki, "MIF" adlı zülalın bloklanması orqanizmin xərçəngə qarşı müdafiəsini gücləndirə bilər.
TodayPress TV xəbər verir ki, tədqiqat "JCI Insight" jurnalında dərc olunub.
"MIF"(makrofaqların miqrasiyasını maneə törətmə faktoru) adlanan zülal normalda iltihabı tənzimləyir. Lakin xərçəng zamanı bu zülal immun sisteminin anadangəlmə müdafiəsini zəiflədir və "T" hüceyrələrinin şişlərə hücum etməsinə mane olur.
Alimlər "MIF"in bloklanması ilə "T" hüceyrələrinin aktivləşdirilməsini birləşdirən yeni müalicə üsulu sınaqdan keçiriblər. Melanoma və yoğun bağırsaq xərçəngi olan heyvanlarda aparılan təcrübələr göstərib ki, bu yanaşma şişlərin böyüməsini ləngidir və müalicə olunan heyvanların ömrünü uzadır.
Mütəxəssislərə görə, bu strategiya müxtəlif xərçəng növlərinə qarşı effektiv ola bilər və standart müalicələrə cavab verməyən xəstələr üçün yeni imkanlar aça bilər.
Türkan İsgəndərli
tag: Xərçəng,Hüceyrə,MIF,Zülal,Todaypress.tv,
 
        
 
                                ![Əllərdə və ayaqlarda keyimə hansı hallarda [[təhlükəlidir?]]](/uploads/news/68d5305e7864b.webp) 
                                            ![Zəncəfil bağırsaq iltihabına qarşı [[müsbət təsir göstərir]]](/uploads/news/68d1307675222.webp) 
                                            ![Fiziki təzyiq [[xərçəngə]] təsir edir](/uploads/news/68493066b3852.webp) 
                                            ![Yol qəzasında yaralanan şəxslərin son durumu [[AÇIQLANDI]]](/uploads/news/68be9e080e988.webp) 
                                            ![Oturaq həyat tərzi [[sümük incəlməsinə]] səbəb olur](/uploads/news/6852b02e8c2bc.webp) 
                                            ![[[İsti hava]] immun sisteminə təsir edir](/uploads/news/685be3a911b08.webp) 
                                            ![[[Xaricdən əczaçılıq]] məhsullarının alışı azaldı](/uploads/news/687ff2f2def10.webp) 
                                             
                                            ![5 məhsulu soyuducuda yox, [[dondurucuda saxlayın]]](/uploads/news/6862389e9a8d3.webp) 
                                            ![Yay mövsümündə [[günvurma ilə bağlı]] 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb](/uploads/news/68d64294ce718.webp) 
                                            