"D" vitamini xərçəng riskini azaldır
Sağlamlıq
16.06.2025 18:40
Braziliyanın Sao Paulo Universitetinin Botucatu Tibb Məktəbinin alimləri döş xərçəngi müalicəsində "D" vitamininin təsirinə dair yeni tədqiqat aparıblar.
TodayPress TV xəbər verir ki, onların araşdırmasına görə, aşağı dozalarda qəbul edilən "D" vitamini əlavəsi kimyaterapiya alan qadınlarda müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər.
Aparılan tədqiqatda gündə "2000 IU D" vitamini qəbul edən iştirakçıların 43 faizində şişlər kimyaterapiyadan sonra tamamilə yoxa çıxıb. Müqayisə üçün, plasebo qəbul edən qrupda bu göstərici cəmi 24 faiz təşkil edib.
Araşdırmada 45 yaşdan yuxarı 80 qadın iştirak edib.
Onların hamısı əməliyyata hazırlıq mərhələsində neoadjuvant kimyaterapiya alıb.
İştirakçıların əksəriyyətində D vitamini səviyyəsi 20 ng/ml-dən aşağı olub.
Altı aylıq əlavənin qəbulu nəticəsində vitamin səviyyəsi stabilləşib və mütəxəssislər bunun immun sisteminin cavab reaksiyasını yaxşılaşdırdığını ehtimal edirlər.
Türkan İsgəndərli
tag: D vitamini,Xərçəng,Döş,Sağlamlıq,Todaypress.tv,