Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu
Mədəniyyət
24.10.2025 11:06
Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənovun 85 illik yubileyi qeyd olunub.
TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Prezident Administrasiyasının Humanitar siyasət, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, həmçinin dövlət və ictimai xadimlər iştirak ediblər.
Mərasimdə çıxış edən millət vəkili, filologiya elmləri doktoru, professor Rafael Hüseynov Həsən Həsənovun dövlətçilik, elm və mədəniyyət sahəsində çoxşaxəli xidmətlərini vurğulayıb.
Tədbir çərçivəsində yubilyarın müəllifi olduğu “Qürbətdən gələn məktublar” tamaşası nümayiş etdirilib. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və onun oğlu Rəşidin həyatına həsr olunan əsər maarifçilik ideyalarını və milli düşüncəni səhnəyə gətirir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Səhnə əsərində Xalq artistləri Əli Nur, Laləzar Mustafayeva, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Elşən Cəbrayılov, Vəfa Rzayeva, aktyorlar Rüstəm Rüstəmov və Elçin Əfəndi çıxış edirlər.
tag: Həsən Həsənov,Yubiley,Qeyd,Mədəniyyət,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
        
 
                                ![Qala Əntiq Əşyalar Muzeyi [[bərpadan sonra]] yenidən açıldı](/uploads/news/6870e52406df9.webp) 
                                            ![[[Cəlilabadda]] yerləşən tarixi abidələrə məlumat lövhələri vuruldu](/uploads/news/68c8418a6b338.webp) 
                                            ![[[Vaqif]] Poeziya Günlərinin tarixi dəyişdirildi](/uploads/news/68767bdb3bd15.webp) 
                                            ![Tanınmış [[prodüser]] vəfat etdi](/uploads/news/689b739c01391.webp) 
                                            ![“Siz kimsiniz ki, fəxri adların alınmasını müzakirə edirsiniz?” [[– Xalq artisti QƏZƏBLƏNDİ]]](/uploads/news/682af22115eea.webp) 
                                            ![[[Qallipoli Wreck Fest 2025:]] Çanaqqalanın sualtı irsi dünya gündəmində](/uploads/news/68b5677bd67c2.webp) 
                                            ![“Hisslərin Söhbəti” [[- Sayılı günlər qaldı...]]](/uploads/news/68efa6b793a8c.webp) 
                                            ![“Qal, sənə qurban” mahnısının [[mənimsənilməsinin]] qarşısı alındı](/uploads/news/6859390b5d687.webp) 
                                            ![Mariya Biyeşunun 90 illik yubileyinə həsr olunmuş [[33-cü Beynəlxalq Opera Festivalı]] baş tutdu](/uploads/news/68e4b937d7d3e.webp) 
                                            ![[[Namiq Qaraçuxurlu]] Rusiya sərhəddində saxlanıldı](/uploads/news/68b081a2e2640.webp) 
                                            