"Harry Potter”in ulduzuna BÖYÜK ZƏRDƏ: 6 ay məhrum edildi
Mədəniyyət
17.07.2025 13:23
Məşhur “Harry Potter” film seriyasında Hermiona Qreyncer obrazı ilə beynəlxalq şöhrət qazan qazanan aktrisa Emma Uotson Böyük Britaniyada 6 aylıq sürücülük hüququndan məhrum edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Uotson ötən ilin iyulunda Oksford şəhərində sürət həddini aşdığına görə cərimələnib. O, sürət limiti 30 mil olan ərazidə 38 mil/saat sürətlə avtomobil idarə edib.
Böyük Britaniyada tətbiq edilən cərimə sisteminə əsasən, müxtəlif qayda pozuntularına görə sürücülərə bal cəzası verilir. Əgər sürücünün hesabında 3 il ərzində 12 və ya daha çox bal toplanarsa, o, sürücülük hüququndan məhrum edilə bilər. Məhkəmə bildirib ki, Uotsonun artıq 9 cərimə xalı var idi və son pozuntu ilə birlikdə limit aşılmış olub.
35 yaşlı aktrisa sürücülük qadağası ilə yanaşı, 1 044 funt sterlinq (təxminən 2 250 Azərbaycan manatı) cərimə ödəməli olacaq.
Emma Watson 2000-ci illərin əvvəlində sehrbazlıq dünyasında cərəyan edən “Harry Potter” film seriyasında Hermiona Qreyncer obrazı ilə beynəlxalq şöhrət qazanıb.
Töhfə Səməd
tag: Harry Potter,Film,Hermiona Qreyncer,Emma Uotson,Todaypress.tv,