Hacı Nuran Arif Babayevin vəfatı ilə bağlı danışdı: “Heç vaxt narazılıq etmirdi”
Mədəniyyət
01.08.2025 15:18
“Biz onunla çox yaxın dostluq edirdik. Baxmayaraq ki, mən ondan yaşca çox kiçiyəm, aramızda böyük hörmət vardı. Azərbaycan dövləti hər zaman ona dəstək olub”.
TodayPress TV xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Arif Babayevin dəfn mərasimində Azərbaycan televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim Hacı Nuran Hüseynov deyib.
O, Arif Babayevin uzun illər müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini, bədənində dəmir parçaları ilə yaşamasına baxmayaraq, heç vaxt şikayət etmədiyini bildirib:
“Yaxşı insan idi. İllərdir ki, müəyyən xəstəliklərlə mübarizə aparırdı. Bədənində dəmir parçaları ilə yaşayırdı, amma heç vaxt narazılıq etmirdi. Ondan geriyə segah, muğam və yüzlərlə tələbə qaldı. Allah ona rəhmət etsin!”
Qeyd edək ki, avqustun 1-də Xalq artisti Arif Babayev vəfat edib.
Töhfə Səməd
Qiymət Mahir
tag: Arif Babayev,Vida,Mərasim,Vəfat,Todaypress.tv,